Ana bölmə
İmtahan Açarı Azərbaycanda dövlət imtahanlarına hazırlıq platformasıdır.
Namizədlərin ən çox kəsildiyi blok qanunvericilikdir. Biz məhz oradan başladıq: hər sual qüvvədə olan qanun maddəsinə bağlıdır, hər izah sadə dildə yazılıb, hər material qanunvericilikdəki dəyişikliklə birlikdə yenilənir.
Platforma 2026-cı ildə istifadəyə verilib. Hazırda dövlət qulluğuna qəbul istiqaməti aktivdir; hakimlik, prokurorluq, notariat, vəkillik, vergi və gömrük orqanları üzrə banklar hazırlanır.
1. Platformanın arxasında kim dayanır
Platformanın müəllifi və məzmun redaktoru Absələddin Əliyevdir: hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü (Reyestr № VK-57).
24 illik hüquqi fəaliyyət:
- 2000: Qafqaz Universiteti, hüquq fakültəsi
- 2002: Bakı Dövlət Universiteti, magistratura
- 2002-2017: AR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, baş məsləhətçidən İşgəncələrin qarşısının alınması şöbəsinin müdir müavininədək
- 2018: AR Vəkillər Kollegiyasının üzvü
- 2018-ci ildən indiyədək: Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbul üzrə müsahibə ekspert komissiyasının üzvü, müstəqil ekspert
- 2021-2022: AR Mediasiya Şurasının üzvü
Təltiflər: AR Vəkillər Kollegiyasının yubiley medalı (2019) və Təşəkkür Fərmanı (2023); Dövlət İmtahan Mərkəzinin Fəxri Fərmanı (2026), müsahibə mərhələsində peşəkarlığa, obyektivliyə və məsuliyyətə görə.
Dövlət qulluğu sistemində 15 il işləmək və səkkiz ildir qəbul prosesinin müsahibə mərhələsində ekspert kimi iştirak etmək bir şeyi öyrədir: imtahanın necə qurulduğunu, nəyi ölçdüyünü və namizədlərin harada büdrədiyini. Platformanın məzmunu məhz bu təcrübə üzərində qurulub.
2. Metodologiya
Dövlət qulluğu imtahanı üçün 2000-dən çox sual və 1400-dən çox öyrənmə kartı hazırlanıb.
Qanunvericilik bloku üçün hər sual eyni yoldan keçib:
1. Mənbə mətni oxunur. Sual qanunun ümumi məzmunundan yox, konkret maddənin faktiki mətnindən yazılır.
2. Qüvvədəlik yoxlanılır. Mənbə: e-qanun.az. Ləğv edilmiş və ya redaksiyası dəyişmiş müddəalar bankdan çıxarılır.
3. İstinad qeyd olunur. Hər sual hansı qanunun hansı maddəsinə əsaslandığını göstərir. İstifadəçi cavabı yoxlaya bilər.
4. Audit aparılır. Hər sual dəsti dərc olunmazdan əvvəl struktur və mənbə uyğunluğu üzrə yoxlanılır: uydurma sual kökü, tərsinə çevrilmiş norma, maddələr arası qarışıqlıq, termin əvəzlənməsi, bunların hamısı ayrıca axtarılır.
5. Dəyişiklik izlənilir. Qanunvericilikdə dəyişiklik olduqda təsirlənən suallar yenidən nəzərdən keçirilir.
Bu prosesin səbəbi sadədir: yanlış öyrənilmiş bir norma imtahanda bir baldan çox itki deməkdir, çünki o, yaddaşda qalır və növbəti dəfə də səhv cavablandırılır.
3. Nə təklif edirik
| Rejim | Nədir |
|---|---|
| Kart məşqi | Aralıqlı təkrar üsulu ilə fakt öyrənmə |
| Test məşqi | Dörd variantlı suallar, dərhal cavab və izah |
| Sınaq imtahanı | Real imtahan formatında, vaxtlı, sonda nəticə hesabatı |
Pulsuz diaqnostik test hər kəs üçün açıqdır, qeydiyyat tələb olunmur. Səviyyəni ölçür və hansı blokda çətinlik çəkdiyini göstərir.
Qeydiyyatdan keçən istifadəçilər üçün pulsuz səviyyə Konstitusiya və Dövlət qulluğu mövzularından 40 kart və 10 test sualını əhatə edir.
Platforma sayt və Telegram botu (@dovlet_qulluqu_bb_bot) vasitəsilə işləyir. Öyrənmə tarixçəsi ikisində birdir: botda öyrəndiyin kart saytda, saytda öyrəndiyin botda görünür.
4. Nə vəd etmirik
Dürüstlük məhsulun bir hissəsidir, ona görə bunları da yazırıq.
Platforma DİM-in və ya hər hansı dövlət orqanının rəsmi resursu deyil. İmtahan Açarı müstəqil hazırlıq platformasıdır; onların adından çıxış etmir və onlar tərəfindən təsdiq edilməyib. Müəllifin Dövlət İmtahan Mərkəzinin müsahibə ekspert komissiyasındakı üzvlüyü şəxsi peşə fəaliyyətidir və platformaya rəsmi status vermir.
Sınaq imtahanının nəticəsi indikativdir. O, real imtahan nəticəsini proqnozlaşdırmır və zəmanət vermir. Nəticə kartı rəsmi sənəd deyil.
Materiallar diqqətlə hazırlanır, lakin tam səhvsizliyə zəmanət verilmir. Hüquqi əhəmiyyətli qərar qəbul edərkən qanunvericiliyin rəsmi mətninə (e-qanun.az) əsaslanmaq lazımdır. Səhv gördünsə bizə yaz, düzəldirik və bunu sənə bildiririk.
Platforma imtahandan keçməyə zəmanət vermir. Hazırlıq alət verir, nəticəni isə namizədin özü qazanır.
5. Nəticələrin məxfiliyi
Sınaq imtahanı nəticələri, məşq tarixçəsi və öyrənmə göstəriciləri yalnız istifadəçinin özünə görünür. Platformada ictimai profil, reytinq cədvəli və ya istifadəçilər arası müqayisə yoxdur. Nəticələr üçüncü şəxslərə, işəgötürənlərə və dövlət orqanlarına ötürülmür.
Ətraflı: Məxfilik siyasəti
6. Rekvizitlər
| Fəaliyyət | Əliyev Absələddin Murtuz oğlu (fərdi sahibkar) |
| VÖEN | 5101897112 |
| Qeydiyyat tarixi | 08.08.2021 |
| Hüquqi ünvan | Zaqatala şəhəri, N.Nərimanov küçəsi, ev 70 |
| E-poçt | info@imtahanacari.az |
| Telefon | +994 50 310 85 45 |
| Veb sayt | imtahanacari.az |
Sənədlər: İstifadə şərtləri · Publik oferta · Məxfilik siyasəti
Ödənişlər: Ödəniş Epoint (epoint.az) «Global İnnovations» MMC vasitəsilə həyata keçirilir. Platforma kart məlumatlarını saxlamır və görmür.